Azərbaycan cüdoçusu Kəramət Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxıb.

Məlumata görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Rusiyanı təmsil edən Konstantin Simeonidislə üz-üzə gəlməli idi.

Rəqib zədə səbəbindən tatamiyə çıxmadığı üçün Hüseynov bürünc medal qazanıb/Report.