İtaliyanın "Fiorentina" komandası baş məşqçisi Çezare Prandelli ilə yollarını ayırıb.
Klubun rəsmi saytında verilən məlumata görə, 64 yaşlı mütəxəssis rəhbərliyin qərarı ilə istefaya göndərilib.
Onu bu vəzifədə Cüzeppe Yakininin əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, Çezare Prandelli 2020-ci ildan "Fiorentina"ya başçılıq edirdi. Komanda hazırda A Seriyasında 29 xalla 14-cü pillədə qərarlaşıb/Report.