“Biz koronavirusa qalib gəlməliyik, ailələrimizin sağlamlığını təmin etməliyik. Biz koronavirusa qalib gəlmədən iqtisadiyyatımızı bərpa edə bilmərik”.
Mia.az xəbər verir ki, bu sözləri ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden xalqa müraciətində deyib.
O bildirib ki, bazar ertəsi pandemiyaya qarşı mübarizə üçün ekspertlər qrupu yaradacaq.
Siyasi məsələlərdən danışan namizədin sözlərinə görə, respublikaçılar və demokratlar əməkdaşlıq etməlidirlər: "Mən fəxr edirəm ki, demokratam, ancaq ölkəni bütün amerikalıların prezidenti kimi idarə edəcəm".
“Seçkidə mənə qələbəni seçicilər verdilər”, - deyə o qeyd edib. Bayden bildirib ki, ABŞ-ın əvvəlki rəhbərlərindən çox seçici səsi toplayıb. Birləşmiş Ştatların 74 milyon seçicisi ona səs verib.
Bayden söz verib ki, ABŞ-ın dünyadakı nüfuzunu ona qaytaracaq. Demokrat namizəd prezident vəzifəsində amerikalıları birləşdirmək niyyətində olduğunu deyib. O, tərəfdarlarını rəqiblərinə düşmənçilik münasibət bəsləməməyə çağırıb: "Mən bölücü yox, birləşdirici prezident olmağa söz verirəm. Biz Birləşmiş Ştatlara "mavilər" (demokratiklər-red) və ya "qırmızılar" (respublikaçılar-red) kimi yox, vahid Birləşmiş Ştatlar kimi baxırıq".