Türkiyədə 11 şəhərdə FETÖ-yə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul prokurorluğu məlumat yayıb.

Bildirilib ki, başda İstanbul, İzmir olmaqla, 11 şəhərdə keçirilən əməliyyatla FETÖ-nun gizli ünsiyyət vasitəsiylə əlaqə saxladığı müəyyən olunan 94 vergi müfəttişi qandallanıb.

Məlumatda deyilir ki, bir nəfər isə xaricdə olduğundan həbsdən yayına bilib: "Onun axtarışı davam edir"

Firudin Səfərli

MİA.AZ