ABŞ-ın vitse-prezidenti Maykl Pens prezident Donald Trampın seçkilərdə qalib gəldiyiinə ürəkdən inandığını deyib.

Mia.az Ria Novosti-yə istinadla xəbər verir ki, o, səslərin sayılması davam etdikcə, həyəcan vəziyyətində qalacaqlarını bildirib: "Seçkinin şəffaflığını qoruyacağıq. Ancaq ürəkdən inanıram ki, Tramp qələbə ərəfəsindədir. Biz Amerikanı yenidən möhtəşəm edəcəyik".

Pensin qısa bir çıxışından sonra o və Tramp qərargahdan ayrılıb. Tramp zəfər mesajının yumruğunu havaya qaldırmaqla bəyan edib.

Mia.az