Qırğız Respublikası parlamentinin sədri Kanat İsayev tutduğu vəzifədən istefa verib.

Bu barədə o, parlamentin iclasında bildirib.

İsayev oktyabrın 4-də keçirilmiş parlament seçkilərindən sonra bu vəzifəyə seçilmişdi. Bu siyasi kampaniyanın nəticəsi isə oktyabrın 5-də gerçəkləşmiş etiraz aksiyalarından sonra etibarsız sayılıb. Bununla belə, İsayev bildirib ki, prezidentliyə namizəd olaraq irəli sürüldüyü üçün sədrlikdən istefa verib.

Qeyd edək ki, 5 oktyabr etiraz aksiyasından sonra Qırğızıstan prezidenti Sooronbay Jeenbekov istefa verib. Oktyabrın 15-dən dövlət başçısının səlahiyyətlərini baş nazir Sadır Japarov icra edir/Report.