Avstriyanın paytaxtı Vyananın mərkəzində, sinaqoq yaxınlığında silahlı insident baş verib,
Nəticədə azı 15 nəfər yaralanıb, onlardan yeddisinin xəsarətləri ağırdır.
Bu barədə yerli “ORF” telekanalı tibb işçilərinə istinadən məlumat yayıb.
“Ümumilikdə 15 nəfər yaralanıb, onlardan yeddisinin ciddi xəsarətləri var”, - deyə telekanalın əməkdaşı canlı yayımda bildirib.
İddialara görə, cinayətkar şəxslər pulemyot silahdan atəş açıblar.
“Kronen Zeitung” qəzetinin yazdığına görə, silahlılardan biri partlayıcı qurğunu işə salıb. Daha bir neçə nəfərin qaçdığı güman olunur/APA.