Fransanın Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki konsulluğuna hücum edilib.

Bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs konsulluğun təhlükəsizlik xidmətinin əməkdaşına kəsici-deşici alətlə xəsarət yetirib.

Hücum edən şəxs saxlanılıb/APA.