Azərbaycanda hansı orqan və toxumalar bir insandan başqasına köçürülə biləcək? - SİYAHI
GÜNDƏM
01.06.2020, 19:44
Transplantasiya obyekti olan orqan və toxumaların siyahısı müəyyənləşir.
Mia.az APA-ya istinadla bildirir ki, bu, iyunun 4-də Milli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılacaq “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və toxumalar götürülə bilər.
Eyni zamanda, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.
Həmçinin, layihədə qeyd edilib ki, Azərbaycan Respublikasında ksenotransplantasiya (elmi-tədqiqat işləri istisna olmaqla) qadağandır.
Qanun layihəsinə, əsasən, donor orqanın götürülməsini və transplantasiyasını həyata keçirən tibb müəssisələri də müəyyən edilib. Layihəyə əsasən, canlı donordan, yaxud meyit donordan donor orqanın götürülməsi, hazırlanması (konservasiyası), saxlanması, daşınması, transplantasiyası, ölkəyə gətirilməsi və ölkədən çıxarılması yalnız bu fəaliyyətlə məşğul olmağa lisenziyası olan tibb müəssisələri tərəfindən həyata keçirilir.
Orqanların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Transplantasiyanın qaydaları və şərtləri isə aşağıdakı kimidir:
- Transplantasiya tibbi göstəriş əsasında cərrahiyyə əməliyyatı qaydalarına riayət etməklə aparılır.
- Transplantasiyanın qaydaları və şərtləri, onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLLAR
Bugün, 11:13 GÜNDƏM
-
"Anar Bayramov zəng etdi, düz bir saat mənimlə danışdı, dedi ki..." - Şikayətçi nə istəyir?
Bugün, 10:59 CƏMİYYƏT
-
Sumqayıtda 18 yaşlı qız tanışını bıçaqlayıb
Bugün, 10:28 KRİMİNAL
-
Bakıda tarixi karvansaraya qanunsuz müdaxilənin qarşısı alındı - FOTOLAR
Bugün, 10:25 MƏDƏNİYYƏT
-
Ağcabədi Pedaqoji Kollecinin direktor və müavini dəyişdi
Bugün, 10:24 CƏMİYYƏT
-
XİN başçısı: “İran neftinə sanksiya götürülüb”
Bugün, 10:06 İQTİSADİYYAT
-
"Azəriqaz"da yenə ixtisar başlayıb: "Görəsən, bu dəfə kimin üçün vəzifə təşkil olunacaq?"
Bugün, 09:52 GÜNDƏM
-
Sürayyə Hacıyeva mətbuat katibi təyin olundu
Bugün, 09:52 PRESS
-
ABŞ və İran razılaşdı: Hörmüz boğazı ilə bağlı – TEHRAN TƏSDİQLƏDİ
Bugün, 09:43 GÜNDƏM
-
DÇ-2026: Misir qrup lideri olub
Bugün, 09:40 İDMAN
-
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Bugün, 09:30 GÜNDƏM
-
Sabunçu Sukanal İdarəsi ahıl və şəhid ailəsini 100 gündür susuz qoyub: xətt niyə bərpa olunmur? - ADSEA-nın təlimatına baxan yoxdur
Bugün, 09:20 CƏMİYYƏT
-
Bu gün Yasamal və Nizamini bəzi ərazilıərində işıq olmayacaq - Xəbərdarlıq
Bugün, 09:09 GÜNDƏM
-
MN: "Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək"
Bugün, 09:01 GÜNDƏM
-
DÇ-2026: İran Belçika ilə bərabərə qaldı
Bugün, 00:58 İDMAN
-
CHP dağılma ərəfəsində: gizli qrup yaradılıb - 106 deputat istefaya hazırlaşır
Bugün, 00:41 SİYASƏT
-
Yunanıstan 12 adada fövqəladə vəziyyət elan etdi - Türkiyə ilə sərhəddə…
Bugün, 00:15 DÜNYA
-
Türkiyədə qadınlar hərbi xidmətə aparılacaq? – Parlamentə yeni qanun göndərilib
Bugün, 00:08 DÜNYA
-
“Qalatasaray” portuqaliyalı ulduzla danışıqlara başlayıb
Bugün, 00:08 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
ABŞ LİDERİ İRANI TƏHDİD ETDİ, DANIŞIQLAR YARIDA KƏSİLDİ
21.06.2026, 20:57 GÜNDƏM
-
Tramp danışıqların qızğın çağında İranı məhvlə hədələdi, prezidenti təhqir etdi: "Lənətə gəlmiş ölkənizə belə qayıda bilməzsiniz"
21.06.2026, 20:32 GÜNDƏM
-
SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb - Həbs olunanlar var
21.06.2026, 20:30 KRİMİNAL
-
556 nəfər XİN-də işləmək istəyir: müsabiqə... - Açıqlama
21.06.2026, 18:06 SİYASƏT
-
ABŞ və İran rəsmiləri İsveçrədə bir araya gəldi: “Böyük irəliləyiş əldə etdik” - "Əsl sual budur ki..."
21.06.2026, 17:48 GÜNDƏM
-
DİM Bakı, Sumqayıt və Abşeronda imtahanlar keçirdi
21.06.2026, 17:30 GÜNDƏM
-
“Azəriqaz”da yeni struktur yaradıldı - Müdir təyinatı oldu
21.06.2026, 17:23 CƏMİYYƏT
-
Xəzərdə sualtı neft kəmərlərinin birində sızma aşkarlandı - SOCAR məlumat yaydı
21.06.2026, 15:12 CƏMİYYƏT
-
Bu gün şagird və abituriyentlər imtahan verdi
21.06.2026, 13:22 GÜNDƏM
-
Nigerin Məsləhət Şurasının sədri Azərbaycana gəlib
21.06.2026, 12:32 SİYASƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
21.06.2026, 12:30 GÜNDƏM
-
Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib - FOTOLAR
21.06.2026, 11:47 GÜNDƏM
-
Baıda külək əsir, bölgələrə yağış yağır
21.06.2026, 10:17 GÜNDƏM
-
DÇ-2026: yaponlar darmadağın edib
21.06.2026, 09:58 İDMAN