Sabunçu Sukanal İdarəsi ahıl və şəhid ailəsini 100 gündür susuz qoyub: xətt niyə bərpa olunmur? - ADSEA-nın təlimatına baxan yoxdur 

Sabunçu Sukanal İdarəsi ahıl və şəhid ailəsini 100 gündür susuz qoyub: xətt niyə bərpa olunmur? - ADSEA-nın təlimatına baxan yoxdur 

CƏMİYYƏT

22.06.2026, 09:20

Sabunçu rayonu Sabunçu qəsəbəsi Əlyar Əliyev küçəsi ev 3 E-də yaşayan Sadıqov Yusif Qaraş oğlu Mia.az-a şikayət məktubu ünvanlayıb.

O, sayt vasitəsiylə ölkə başçısı İlham Əliyevə və Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovdan kömək  istəyib.

75 yaşlı 3-cü qrup əlil yazır ki, 14 mart 2026 cı il tarixindən onlara gələn içməli su xətti dağılıb və o vaxtdan onlara su verilmir:

"Bu günə qədər 100 gündür çox saylı müraciətimizə baxmayaraq, Sabunçu Sukanal İdarəsi tərəfindən suyumuz bərpa olunmur. Mənim 75 yaşım var, 3-cü qrup əliləm, həyat yoldaşım da şəhid bacısıdır. İnanın  susuzluqdan hədsiz əzab əziyyət çəkirik. Aidiyyatı idarələrə və məsul şəxslərlə çox saylı müraciətimizə baxmayaraq suyumuz bərpa etmirlər. Bu, Azərbaycan tarixində gorunməmiş hadisədir işdir. Necə olar ki, buir ölkənin paytaxtına ahıl ailənin başına belə hadisə gəlir, ancaq dövlət qurumu 100 gündür müraciətə baxmır? Belə bir hala adam inana bilmir...".

Şikayətçi sonra ölkə rəhbərliyindən məsələyə müdaxilə edilməsini xahiş edib.

Məsələ ilə bağlı iyunun 18-də ADESA-nın mətbuat katibi vəzifəsini icra edən Ceyhun Musaoğluna sorğu verdik. O, şikayətçinin problemini aidyyatı üzrə Sabunçu SuKanal İdarəsinə yönləndirildiyini və həll ediləcəyini desə də, şikayətçi bizimlə söhbətində onlarla heç kimin maraqlanmadığını bildirir.

Əhməd

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR