Yunanıstan 12 adada fövqəladə vəziyyət elan etdi - Türkiyə ilə sərhəddə…

Yunanıstan 12 adada fövqəladə vəziyyət elan etdi - Türkiyə ilə sərhəddə…  

DÜNYA

Bugün, 00:15

Yunanıstan Ege dənizində yerlşən azı 12 adada fövqəladə vəziyyət elan edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb quraqlıq, artan su istehlakı və qeyri-kafi infrastruktur göstərilib.

Qeyd olunub ki, adalarda içməli su itkilərinin 60 faizə çatması və dəniz suyunun yeraltı su ehtiyatları ilə qarışma riski də bu qərarın alınmasına rəvac verib.

Yunanıstanın Ətraf Mühit və Su Ehtiyatları üzrə Baş Katibi Petros Varelidis bildirib ki, bu problemlər bir çox adada uzun müddətdir var və mövcud infrastruktur çərçivəsində bunları həll etmək mümkün deyil: “Yeni infrastruktur yaradılmalıdır. Bunun üçün də sərt rejimə keşmək məcburiyyətindəyik”.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR