14-11-2019 [15:49]
"Öncə Sosial Müdafiə Fondu ilə bağlı bəzi məsələlərə diqqəti cəlb etmək istəyirəm. Məni ciddi narahat edən məsələ ondan ibarətdir ki, yaşayış minimumu məbləği 157, pensiyanın aşağı həddi 200, orta hədd 293, əlilliyə görə orta aylıq pensiya 197, birinci qrup əlillər üçün isə 238,2 manat nəzərdə tutulub”.
Mia.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin noyabrın 13-də keçirilən plenar iclasında səsləndirib.
Millət vəkili bildirib ki, bu məbləğlər əslində Azərbaycan reallığında çox kiçlik rəqəmlərdir:
"Biz hamımız bilirik ki, 157 manatla bir nəfərin yaşaması mümkün deyil. Pensiyanın aşağı həddi 200 manatdır, yaşayış minimumu isə 157 manat müəyyən olunub. Biz kommunal xərcləri, işıq, qaz, su pulunu, yaşlı insanların da bir çoxunun tibbi müayinəyə və dərmanlara böyük ehtuyacının olduğunu nəzərə alsaq görərik ki, həqiqətən də pensiyaçıların vəziyyəti ağırdır. Əlbəttə, müəyyən artım var. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qeyd elədi ki, ötən illə müqayisədə sosial xərclər 30 faiz artırılıb. Amma hesab edirəm ki, bu rəqəmlər yetərli deyil. Ona görə yetərli deyil ki, 2015-ci ildə baş vermiş iki devalvasiyadan sonra Azərbaycan manatı xarici valyutaya nisbətdə 2 dəfədən artıq dəyər itirib. Bir çox ərzaq və sənaye, xüsusilə də yüngül sənaye məhsulları, geyimlər ölkəmizə xaricdən idxal olunur. Təsadüfi deyil ki, məsələn, ötən ilin 9 ayı ilə müqayisədə bu il idxal 31,3 faiz artıb. Vergi orqanlarının xətti ilə qeyri neft sektorundan toplanan vəsait 5 milyard olduğu halda, Gömrük Komitəsinin xətti ilə toplanan vəsait 4 milyarddır. Bu rəqəmlər də bir-biri ilə xeyli dərəcədə yaxınlaşır və hesab edirəm ki, bu hökuməti ciddi şəkildə narahat etməlidir".
Deputat daha sonra deyib: "Məni ən çox narahat edən məsələlərdən biri əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlıdır. Əgər Sahil Babayevdə o statistika varsa çox istəyərdim ki, bizi də məlumatlandırsın. Sahil Babayev qeyd etdi ki, əlil və şəhid ailələri üçün 934 mənzil tikilib təhvil veriləcək. Gələn il də bunlar üçün mənzil tikintisinə 110 milyon manat vəsait ayrılıb.
Məsələn, mənim tanıdığım 20 yanvar əlilləri var ki, bu günə qədər mənzil ala bilməyiblər. Nə qədər adam növbəyə dayanıb və biz hər il 110 milyon manat ayırsaq, bizə neçə il lazımdır ki, əlilləri, xüsusilə də şəhid ailələrini mənzillə təmin edə bilək?
Biz komitə iclasında bu məsələləri qaldıranda maliyyə naziri Samir Şərifov qeyd elədi ki, "büdcə qaydalarına görə, xərclərin yuxarı həddi var, biz bunu artıra bilmərik”. Söhbət gedir ki, cari illə müqayisədə büdcənin həcmi 103 faiz həddində artırıla bilər. Amma mən düşünürəm, tutaq ki, bəndlər üzrə elə sahələr var ki, o sahələrdən həmin vəsaiti götürüb bu istiqamətdə xərcləri artırmaq mümkündür. Vaxt çatmadı, büdcənin müzakirəsi zamanı bir məsələyə toxunmaq istəyirdim, məsələn, beynəlxalq və ölkə səviyəli tədbilərin keçirilməsinə 226 milyon manat vəsait ayrılıb. Bura idman tədbirlərinin keçirilməsi daxil deyil. Ona görə ki, əlavə olaraq idman obyektlərinin tikintisi və idman tədbirlərinin keçirilməsinə büdcədən 200 milyon manat vəsait ayrılıb. Yəni bu xərcləri kəsmək lazımdır. Bizə də məlumat verilmir ki, söhbət hansı beynəlxalq və ölkə səviyyəli tədbirlərdən gedir”.
Millət vəkili əlaə edib ki, Prezidentin 300 milyonluq ehtiyat fondu var, lazım olarsa, belə tədbirlərə oradan vəsait ayrıla bilər: "Bundan başqa, tutaq ki, Milli Məclisin tədbirləri olur. Tədbirlərin keçirilməsi, qonaqların qəbulu və yola salınması xərcləri Milli Məclisin büdcəsindən qarşılanır. Yaxud, Prezident Administrasiyasının qonağı varsa, onların öz xərcləri var və tələb olunan vəsaitlər o xərclərə daxildir. Yəni buna bir aydınlıq gətirilməlidir. Milli Məclisin müvafiq komitəsi bu məsələdə hökumətlə işləyir. Bunlar barədə bizə də məlumat verməlidirlər. Yoxsa ümumi formada tərifləməklə iş düzəlməyəcək.Yaxud islahatlarla bağlı xərclər 878,52 milyon manat göstərilir. Bu bir milyarda yaxın vəsaitin hara xərclənəcəyi barədə bizə heç bir məlumat verilmir. Adını sadəcə qoyublar ki, islahatlarla bağlı xərclər. Yəni hesab edirəm ki, bu məsələnin üzrərində də düşünməliyik. Qaçqınlar üçün mənzil tikintisinə cəmi 200 milyon manat vəsait ayrılıb. Bu insanlar ev-eşiklərini, torpaqlarını itiriblər. Bunlar nə qədər növbə gözləyəcəklər?
Hər il mən bu məsələni qaldırıram. Əlbəttə, birinci vitse-prezident Mehriban xanım çox sağ olsun ki, onun təşəbbüsü ilə Paşa Holding qaçqınlar üçün əlavə olaraq böyük bir kompleks tikdi. Özəl sektor da bu işə kömək etdi. Amma bu yetərli deyil. Bu birbaşa Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin işi olduğu kimi, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin də işi olmalıdır.
Bu onu da, ümumiyyətlə hökuməti, hər birimizi düşündürməlidir. Mən hesab edirəm ki, islahatlarla bağlı xərclər üçün tələb olunan 878, 52 milyon manatı qaçqınlar, əlil və şəhid ailələri üçün mənzillərin tikintisinə ayırmaq lazımdır. Sahil Babayev keçən dəfə dedi, amma aydınlıq gəlmədi. Mən istəyərdim ki, burada iştirak edən Hesablama Palatasının sdəri Vüqar Gülməmmədov aydınlıq gətirsin.
Hesablama Palatasının bizə verdiyi rəydə qeyd olunur ki, qarşıdakı 3 il ərzində inflyasiyanın həcmi 4,1, əməkhaqqılarının artımı isə 1,7 faz proqnozlaşdırılır. Hətta bizə diaqram da təqdim ediblər, Hesablama Palatasının rəyinin 44-cü səhifəsində bu öz əksini tapıb. Amma sonra Sahil Babayev çıxış edərək bildirdi ki, bu doğru məlumat deyil, hər il orta hesabla əməkhaqqında 17 faz artım gözlənilir. Bu ziddiyyətə də aydınlıq gətirilməlidir.
İstehlak mallarının böyük əksəriyyəti xarici valyuta hesabına alınır. Ona görə də bəzi məhsulların qiyməti yüksəkdir. Əhalinin, xüsusilə də aztəminatlı ailələrin sosial vəziyyətində problemlər var. Ona görə də biz, həm pensiyaların aşağı həddini, həm də yaşayış minimumu ilə bağlı müəyyənləşdirilən 157 manat məbləği artırmalıyıq. Mən hesab edirəm ki, bu çox zəruridir. Sonda Sahil Babayevə bir daha müraciət edirəm. İşsizliyə görə burada qeyd olunub ki, 1243 adam sığorta alıb. Bu da çox az bir rəqəmdir. Niyə bu qədər az insan işsizliyə görə sığorta alıb, Müraciət etməyiblər, yoxsa həqiqətən də cəmi 1243 adam bununla bağlı müraciət edib? Buna da aydınlıq gətirilsəydi, yaxşı olardı”.
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar