"Bir kişi çıxmayıb ki, ona bir yumruq vursun..." - Xanım deputatdan MM-də sərt çıxış

08-10-2019 [13:17]
"Ailə zorakılığı son dövrlər artıb. İki gün əvvəl "Avtovağzal” metrostansiyası yaxınlığında ər uşaqlarının gözü qabağında arvadını bıçaqlayıb. Kişilər bunu telefonla çəkiblər, hadisə uşaqların gözü qarşısında baş verib. Bir kişi çıxmayıb ki, ona bir yumruq vursun, qadını onun əlindən alsın”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aytən Mustafayeva bildirib.

A.Mustafayeva deyib ki, başqa bir hadisə zamanı bir şəxs metroda bir nəfəri bıçaqlayıb: "Heç olmasa, metroda insanların üzərində bıçaq olub-olmadığını polislər yoxlasın. Qanunvericilik təkmilləşdirilməli, sərtləşdirilməlidir. Bununla bağlı Milli Məclisin komitələrində müzakirə aparılmasına ehtiyac var. Bir müddət əvvəl balta ilə qətlə yetirilən qadınla bağlı hadisəyə də münasibət bildirmişdim. Ancaq bir müğənni sonradan çıxıb demişdi ki, yəqin ki, qadının nəsə günahı olub. Bu, necə müğənnidir?!”.

Report


SON XƏBƏRLƏR