Eyyub Hüseynova ağır itki üz verib

Eyyub Hüseynova ağır itki üz verib

CƏMİYYƏT

11.09.2019, 14:04

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova ağır itki üz verib.
Bu barədə Sputnik Azərbaycan-a Eyyub Hüseynov özü məlumat verib.
 Birlik sədrinin qızı Xumar ağır xəstəlikdən dünyasını dəyişib. 
E. Hüseynov bildirib ki, Xumar bir ildir ki, ağciyərində xərçəng xəstəliyinə görə müalicə alırmış. O, ixtisasca həkim olan qızının Kanadada yaşadığını, nəşinin Azərbaycana gətirilməsi üçün qardaşının yola düşdüyünü bildirib: "Valideyn üçün çox ağır itkidir. Övlad itkisi dözülməzdir. Qızım ailəli idi. 44 yaşı vardı. İndi mən balamın nəşini gözləyirəm”. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR