Jurnalist Bakcell-i gülünc günə qoydu - Dialoq

img

25-08-2019 [13:17]


""Bakcell, Allah evini yıxsın, internet ver", - deyə mobil operatoru faktla üz-üzə qoyan jurnalist Pərvin Kazımoğlu ilə şirkət arasında maraqlı "söz atışması" gedir.

Mia.az xəbər verir ki, bu gün jurnalist sosial şəbəkədə Bakcell-in rəsmi səhifəsini tağ etməklə, daha bir status yazıb: 

"Ey hörmətli Bakcell, noolacaq bu işin axırı? Mənə nə vaxt internet verəssən? Bax, sənin israrlı suallarından sonra düşüb maraqlandım, kəndimizdəki bütün abunəçilərin zülm çəkir. Kənddə ötürücü yoxdu, qonşu kənddəki də effekt vermir. Gəl həyətimdə yer verim, ötürücü qur. Yoxsa sol qulağın hələ çox cingildəyəcək".

"Bakcell"dən isə belə cavab gəlib: "Salam. Ərazidə yaranan çətinliyi düzgün qeydiyyata almaq üçün, zəhmət olmasa, aşağıdakıları tam olaraq qeyd edin və mesaj bölümündə bizə təqdim edin:

1. Çətinlik müşahidə olunan nömrə ( nömrələr) , dəqiq ərazinin ünvanı ( küçə, ev nömrəsi qeyd olunmalıdır, bu mümkün olmadıqda, ətrafda yerləşən ən yaxın obyekt, tanınmış ünvan qeyd olunmalıdır) və əlaqə nömrəsi;

2. Qeyd olunmuş ərazidə bütün abunəçilərin eyni çətinliklə üzləşib-üzləşməməsi; 

3. Nömrənin digər mobil cihazda yoxlanılıb- yoxlanılmaması; 

4. Digər ərazidə çətinliyin müşahidə olunub- olunmaması;

5. Əgər çətinlik mütəmadidirsə, o zaman günün hansı hissəsində baş verməsi;

6. Ərazidə yerləşən məntəqənin (ofis, bina, yaşayış yeri və s.) daxilində və ya xaricində baş verməsi;

7. Çətinlik zamanı şəbəkə göstəricisinin telefonda əks olunma vəziyyəti (şkalanın sayı); 

8. Çətinlik olmadığı təqdirdə göstəricisinin telefonda əks olunma vəziyyəti (şkalanın sayı)

Bu cavaba isə Pərvin Kazımoglunun replikası sosial şəbəkədə şirkətə qarşı inamsızlıq səbəbi ilə gülüş doğurub: 

"Mən bu suallara dünəndən 70 dəfə cavab vermişəm. Amma siz hələ də eyni şeyi təkrarlayırsız. 
1. 0558246578. Salyan rayonu, Seyidsadıqlı kəndi. Kənddə ünvan olmur Bakcell məllim. Əlaqə nömrəsi 0702085605
2. Bütün abunəçilər eyni problemi yaşayır və əllərindən qarğış etməkdən başqa heç nə gəlmir
3. Nömrəni bütün vasitələrlə yoxlamışam
4. Şəbəkə normal olan yerdə heç bir problem yoxdu
5. Artıq 3 gündür ki, gecə gündüz eyni problem davam edir
6. Hər yerdə eyni problemdi
7. Şəbəkə göstəricisi 1 və ən yaxşı halda 2 olur
8. Çətinlik olmayanda şəbəkə göstəricisi tam olur

Bu da sualların cavabı. İndi sən deyəcəksən ki, "Qeyd etdiyiniz hal ilə bağlı sorğu yoxlanılması üçün müvafiq bölməyə yönləndirilmişdir. Yoxlama prosesi yekunlaşdıqdan sonra məlumatlandırılacaqsınız". Amma heç bir nəticəsi olmayacaq".

Bakcell: "Sizin sorğunuz əməkdaşlarımız tərəfindən 24 avqust tarixində artıq qeydiyyata alınmışdır. Zəhmət olmasa, yoxlanışın bitməsini gözləyin. Təşəkkür edirik".

Jurnalist: "İnşallah, gələn ayın 24-ə qədər cavab verərsiz".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq