Nazir və müavini rayonlara gedir

19-06-2019 [12:14]
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və onun I müavini Əli Abdullayevin iyunun 21-də vətəndaşlarla nəzərdə tutulmuş görüşünün vaxtı dəyişdirilib.

Mia.az nazirliyə istinadən xəbər verir ki, nazir iyunun 25-də, saat 12:00-da Oğuzda bu və Şəki rayonunun sakinlərini, onun müavini isə eyni vaxtda Qəbələdə rayon sakinlərini qəbul edəcək. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Vətəndaşlardan "[email protected]” elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.


SON XƏBƏRLƏR