Bakı sakini Qaxda narkotiklə saxlanılıb

18-06-2019 [10:33]

Bakı sakini Qaxda külli miqdarda narkotiklə saxlanılıb.

DİN-nin Mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 37 yaşlıViləş Əhədovrayonun Qorağan kəndi ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı onun əlindəki sellofan torbadan ümumi çəkisi1 kqnarkotik vasitə olan heroin və500 qrammetamfetamin aşkar olunaraq götürülüb.Davam etdirilən tədbirlərlə V. Əhədova həmin narkotik vasitəni satan şəxs də müəyyən olunub.

Qax Rayon Polis Şöbəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 55 yaşlıHüseyn Məmmədovda Bakı şəhəri ərazisində saxlanılıb. Onun yaşadığı mənzilə baxış keçirilən zaman narkotik vasitə olan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.



SON XƏBƏRLƏR