Şriftin ölçüsü / 86 dəfə oxunub

Muxtar Babayev vətəndaşları qəbul etdi, müvafiq tapşırıqlar verdi

19 Aprel 2019 [13:01]
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən aprelin 19-da Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Ağcabədi şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında Ağcabədi, Bərdə, Ağdam və Tərtər  rayonlarının vətəndaşlarını qəbul edib.

Mia.az ETSN-ə istinadən bildirir ki, qəbul zamanı meşələrin qorunması, biomüxtəliflik, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. 

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.


SON XƏBƏRLƏR
13:40 25.05.2019
Tramp Yaponiyaya gedib