ware script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Shell indir
Şriftin ölçüsü / 182 dəfə oxunub

Hava kəskin pisləşəcək, temperatur aşağı enəcək - Nazirlikdən xəbərdarlıq

15 Mart 2019 [17:32]
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli hidrometeorologiya departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 17-si axşamdan 19-u gündüzədək şimal-qərb küləyinin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, martın 18-də yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı, martın 20-də axşam kəsiləcəyi gözlənilir. Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 17-si gündüz qərb rayonlarından başlayaraq martın 20-si axşamadək arabir yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyinin sürəti martın 17-19-da arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.


SON XƏBƏRLƏR
17:31 19.03.2019
Nazarbayev istefa verdi