Şriftin ölçüsü / 115 dəfə oxunub

"Bu, dəhşətli faciədir..." - Yeni Zelandiyanın sabiq baş naziri

15 Mart 2019 [17:28]
"Bu, dəhşətli faciədir. Fikrimcə, hər bir yeni zelandiyalı ailə baş verən hadisələrdən şoka düşüb".

Bunu "Report"a Yeni Zelandiyanın sabiq Baş naziri Cennifer Şipli VII Qlobal Bakı Forumu çərçivəsində ölkəsinin Kraystçörç şəhərində məscidlərə silahlı hücum edilməsini şərh edərkən deyib.

"Onların ailələrinin halına acıyıram. Dini və etnik mənsubiyyətindən asılı olmayaraq, onlar bizim xalqımızdır, onların itkisi bizim itkimizdir. Müsəlman cəmiyyətinin yenidən belə vəhşiliklə üzləşməsinə görə təəssüf edirəm", - C.Şipli bildirib.

Qeyd edək ki, Yeni Zelandiyada məscidlərdə atəş açılması nəticəsində 49 nəfər ölüb, 48 nəfər yaralanıb. Yaralıların 20-dən çoxu ağır vəziyyətdədir. Hücumla əlaqəli olmaqda şübhəli bilinən 4 nəfər, o cümlədən Avstraliya vətəndaşı saxlanılıb.


SON XƏBƏRLƏR
17:55 21.05.2019
Ağdaşda oğru tutulub