Şriftin ölçüsü / 219 dəfə oxunub

"Elman müəllim uçot dərəcəsi ilə oynayanda ciddi heç nə baş vermir” - İqtisadçı

15 Mart 2019 [16:21]
"Mərkəzi Bankın uçot dərəcəsinin yuxarı-aşağı oynatmasının real iqtisadiyyata ciddi təsiri yoxdur, Çünki ölkədə zatən real iqtisadi institutlar formalaşmayıb”. 

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, ölkədə uçot dərəcəsi 3% olanda da bank kreditləri 20-30% arası idi, sonra qaldırıb 15% etdilər, yenə bank kreditlərinin faizi ciddi dəyişmədi: "İndi uçot dərəcəsi 9%-ə salınıb, yenə bank kreditlərinin faizində ciddi dəyişiklik gözlənilmir. 

Mərkəzi Bankın uçot dərəcəsinin formallıq olduğunu göstərən daha bir amil odur ki, uçot dərəcəsi 9% olan ölkədə rəsmi inflyasiya 2,1% ola bilməz. Ona görə də çox da ciddiyə almayın, Elman müəllim uçot dərəcəsi ilə oynayanda ciddi heç nə baş vermir”. 


SON XƏBƏRLƏR
17:55 21.05.2019
Ağdaşda oğru tutulub