ware script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Shell indir hacklink
Şriftin ölçüsü / 82 dəfə oxunub

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri: döyüş atışlı mərhələ icra olunub + VİDEO

14 Mart 2019 [19:00]

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, təlimin niyyətinə uyğun olaraq, müxtəlif qoşun növləri silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını məşq ediblər.

Ümumqoşun döyüşünün müasir qaydalarına əməl edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan həmlələri nəzərə alınaraq qoşunlar, eləcə də idarəetmə sistemləri qarşılıqlı əlaqədə effektiv fəaliyyət nümayiş etdiriblər.

Poliqonlarda və müasir qurğularla təchiz edilmiş təlim sahələrində bölmələr döyüş atışları və atəşlə manevrlər yerinə yetiriblər.

Əsas diqqət müasir silah və hərbi texnikanın tətbiqi ilə taktiki tapşırıqların yeni üsullarla icrasına yönəldilib.

 


SON XƏBƏRLƏR
17:31 19.03.2019
Nazarbayev istefa verdi