14-03-2019 [12:47]
Bir neçə gündür ki, Rusiya polisinin Moskvada, Bakı küçəsi - 29 ünvanında yerləşən obyektdə keçirdiyi əməliyyatla bağlı media orqanları xəbərlər tirajlayır.
Həmin obyektin Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun ailəsinə məxsus olmasına dair iddialar var.
Moskva polisinin Narkotik Nəzarəti İdarəsinin əməkdaşlarının əməliyyat keçirdiyi qeyd olunan ünvanda "Kapriz” adlı sauna-striptiz klub yerləşır.
Klubun spikerin ailə üzvlərindən birinin adına rəsmiləşdirildiyi iddia edilir. Bu barədə təqdim olunan sənədlər sosial şəbəkələrdə, bəzi KİV-lərdə yayılıb.
Sənədlərdə klubun təsisçisi olan "Arizarum Qrup” MMC-nin təsisçisi də elə Zemfira Əsədovadır. Səs-küy yaradan bu xəbər barədə nə Azərbaycan Milli Məclisinin mətbuat xidməti, nə də Oqtay Əsədovun özü və ailəsi hər hansı açıqlama ilə çıxış etməyib.
Moskva şəhəri, Bakı küçəsi 29 ünvanında "Kapriz” adlı qadınlar üçün striptiz-klubla yanaşı, tamamilə başqa istiqamətdə "Kapriz” adlı sauna-hamam fəaliyyət göstərir. Spikerin xanımının adına olan da həmin klub deyil, sauna-hamamdır.
"Polisin narkotiklə bağlı əməliyyatı da Oqtay Əsədovun xanımına aid olduğu iddia olunan obyektdə yox, məhz bu striptiz klubda, həm də 2014-cü ildə keçirilib”, - deyə məlumatda bildirilib.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məsələ ilə bağlı bildirib ki, ittihamlar kökündən yanlışdır. O, sosial şəbəkələrdə hər yayılan yalana reaksiya verməyə ehtiyac görmədiyini açıqladı.
Deputat, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə Oqtay Əsədovu 20 ildir tanıdığını qeyd edib.
Onun sözlərinə görə, parlament sədrinin prinsipial, dövlətçiliyə sadiq, təcrübəli insan olmasının şahididir: "Bu gün Azərbaycanda müxtəlif ünvanlar hədəfə götürülüb. Təsadüfi deyil ki, onların bir çoxu deputatlardır. Gah filan yerdə əmlakını guya ortaya çıxarırlar, gah hansısa hərəkətini göstərirlər.
Bütün bunları da foto və ya video çəkilişlə əsaslandırmağa, insanları inandırmağa çalışırlar. Biz jurnalistlər insanları sensasiyaya alışdırmışıq. Ancaq fikirləşmirik ki, bu "informasiya” montaj ola bilər.
Dəfələrlə belə hallarda sübut olunub ki, həmin tirajlanan şəkil oranın deyil, özlərindən qondarıblar. Ümumiyyətlə, dünya feyk xəbərlərdən əziyyət çəkir. Hətta bununla bağlı tədbir də keçirildi".
B.Sadıqov qeyd etdi ki, bu dəfə ayrı-ayrı deputatlar yox, Milli Məclisin sədri hədəfə götürülüb: "Bunu Bakıda yox, Moskvada ediblər ki, yalan daha çox ayaq açıb yerisin. Bu, jurnalist işi deyil. Məmurlardan qurtarmışıq, indi deputatları qaralamağa keçmişik.
Mən sosial şəbəkələrin sosial şəbədəyə çevrildiyini hesab edirəm. Burada o qədər məsuliyyətsizlik, şər-böhtan var ki, adam təhqirləri oxuyanlara məəttəl qalır.
Azərbaycanı sevməyən düşmən ölkələrin xüsusi xidmət orqanları sosial şəbəkəyə "informasiya”nı ötürür, bilir ki, bəzi avam jurnalistlər araşdırmamış saytlarına qoyub tirajlayacaq. Düşmən dövlətlərin necə ideoloji savaş apardığını yaxşı bilirik.
Ona görə də hər saxtakarlığı "xalis qızıl” kimi qiymətləndiririksə, onda peşəkarlığımıza şübhə ilə yanaşıram. Biz belə hallara qarşı həqiqəti söyləməklə car çəkməliyik.
Eyni zamanda, belə hallar olanda etirazımızı bildirməliyik, bu "informasiya”nı ifşa etməliyik. Çünki məkrli qüvvələrin atdığı addımlardır. Oqtay Əsədov kimi dövlətə sadiq insanların imicinə kölgə salmağa cəhd edilir.
Mən həmkarlarıma çağırış edirəm ki, sosial şəbəkələrdə hər yayılan xəbərə uymasınlar, özlərini və media qurumlarını nüfuzdan salmasınlar, biz prinspial olmalıyıq".
Deputat Fərəc Quliyev bildirib ki, Azərbaycan rəhbərliyinə qarşı xüsusi təşkil olunmuş hücumlar var: "Ona görə bu məsələ məni təəccübləndirmədi. Çünki dövlətə qarşı xaricdən məkrli hücumlar olur.
Son zamanlar bu məlumatlar ayrı-ayrı məmurlara hesablansa da, yekunda Azərbaycan dövlətinə qarşıdır, islahatların qarşısını almağa yönəlikdir.
Oqtay müəllim bacarıqlı şəxsdir, şəffaf fəaliyyəti var. Ona atılan böhtana son qoyulmalıdır, ictimai qınaq olmalıdır".
"Yeni Müsavat”
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)