"Rəis Baş direktorun qayını, təmir edən qudası..." - Komitə sədri "Azneft"in rəhbərini faktla üz-üzə qoydu - FOTO

12-02-2019 [22:53]
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədəki səhifəsində maraqlı foto paylaşıb.

Mia.az xəbər verir ki, o, dənizdə yeni uçan estakadanın fotosunu paylaşaraq belə yazıb: 

""Azneft" İstehsalat Birliyinin "Neft Daşları NQÇİ"nin 2-ci mədəninə gedən yol... Əgər külək uçurtmasa idi (Ekologiya Nazirliyinə xəbərdarlıq üçün təşəkkür), estakada uçub işçilər dənizə düşə bilərdi. 

Bu idarənin rəisi "Azneft" İB-nin Baş direktorunun qaynı, təmir edən isə qudasıdır!".

Komitə sədrinin paylaşdığı foto və ittihamla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mia.az




SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə