2019-da dünyanı nə gözləyir? - Türkiyənin məşhur astroloqundan proqnoz

img

18-12-2018 [11:26]


"2019-cu il zəlzələ, sunami, yanğın və partlayışlar ili olacaq".

Teleqraf.com xəbər verir ki, Türkiyənin məşhur astroloqu Yasəmən Qaplan növbəti il üçün proqnozunda belə deyib.

Astroloqun fikrincə, qarşıdan gələn ildə dünya yeni sosial sferaya və iqtisadi keçidə hazırlanacaq: "2019-cu illə birlikdə dünyada yeni liderlər önə çıxmağa başlayacaq. 2019-cu ildə korrupsiyalaşmış və iş qabiliyyətini itirmiş sistemlərdə inkişaf və yenidənqurma prosesi başlana bilər.

Dünyada irqçilik, radikal qrupların fəaliyyəti və terror hadisələrinin önə çıxmaq ehtimalı var.

Təbii fəlakətlər nəticəsində kütləvi itkilər yaşanacaq.

2019-cu ildə zəlzələ, sunami, partlayış, mədən çökmələri, hava və dəniz nəqliyyatında qəzalar, sudan gələn zərərlərdə artım müşahidə olunacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq