"Portu" uddu, "Şalke" isə "Qalatasaray"ı xilas etdi - Çempionlar Liqası

img

11-12-2018 [23:58]


Bu gün Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Mia.az xəbər verir ki, Türkiyənin "Qalatasaray" klubu "Portu"nu qəbul edib.

Bu qrupda "Şalke" və "Portu" növbəti mərhələyə vəsiqəni təmin etdiyindən, bu komandaların qarşılaşdıqları "Qalatasaray"la Moskvanın "Lokomativ" komandalarının Avropa Liqasına vəsiqə qazanmaq üçün qələbəyə ehtiyacları vardı.

"Qalatasaray"ın oyununa gəldikdə, qonaqlar oyunun 17-ci dəqiqəsində Felipenin qolu ilə hesabı açıblar. "Qalatasaray"lılar özünə gəlməmiş Mareqa 2-ci qolu vurub.  "Qalatasaray" 45-ci dəqiqədə bu qollardan birinin əvəzini çıxıb - 1:2.

İkinci hissədə də "Portu" daha bir qol vurub. 57-ci dəqiqədə Oliveira fərqli yenidən 2-yə çatdırıb.

65-ci dəqiqədə Eren Derdiyok fərqi azaldıb - 2:3.

Bu qoldan iki dəqiqə sonra isə türklər penaltidən yararlana bilməyib.

Bununla da oyun 2-3 hesabı ilə bitib.

Məğlubiyyətə baxmayaraq, qrupun digər oyununda"Şalke"nin evində "Lokomotiv" 1-0 hesabı ilə udması  "Qalatasaray"ın 4 xalla Avropa Liqasına vəsiqə qazanmasına kömək edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR