ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide BMU-da Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib - mia.az
Şriftin ölçüsü / 128 dəfə oxunub

BMU-da Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

07 Dekabr 2018 [15:50]
Bakı Mühəndislik Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. 

Mərasimdə universitetin müəllim – tələbə heyəti ilə yanaşı YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev də iştirak edib. İlk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və ardından ulu öndərin həyatından bəhs edən sənədli film nümayiş olundu.

Universitetin rektoru, professor Havar Məmmədov mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında mərasim iştirakçılarına məlumat verib. Bildirib ki, Heydər Əliyev bütün ömrünü istər sovet imperiyası dönəmində, istərsə də Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonrakı dövrlərdə də Azərbaycan xalqına, Azərbaycan dövlətinin möhkəmlənməsinə həsr edib. Rektor, Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etməsi, eləcə də daxili çəkişmələrin baş verdiyi bir zamanda ulu öndərin Azərbaycanın müstəqilliyin qorunub saxlanılmasında misilsiz xidmətlərinin olduğunu bildirmiş, onun apardığı siyasət nəticəsində Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin əldə olunduğunu, Ermənistanın təcavüzkar siyasətinin, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyinin dünya ictimaiyyətinin diqqətinə çatdırıldığını qeyd edib. Heydər Əliyevin Azərbaycanda bütün sahələrin inkişafının əsasını qoyduğunu vurğulayaraq rektor, ölkəmizin bu gün də möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən sürətlə irəliyə doğru aparıldığını diqqətə çatdırdı.
Daha sonra çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev bildirdi ki, YAP-ın qurucusu ulu öndər Heydər Əliyev son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın tələbi ilə ikinci dəfə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı. O, bildirdi ki, ulu öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə günü-gündən inkişaf edir, qüdrətlənir.
Bakı Mühəndislik Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri olan Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Amil Abdullayev və YAP Gənclər təşkilatının sədr müavini Sənan Məmmədov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin liderlik xüsusiyyətlərindən, xalqına olan məhəbbətindən, gənclərə olan diqqət və qayğısından danışdılar. Qeyd etdilər ki, ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında müasir, inkişaf etmiş, yüksək intellektli gənc nəslin yetişdirilməsindən ibarətdir.




ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR