Nazir gəldi-getdi, ağacların kəsimi başladı - Qax meşələri belə talan olunur + FOTOLAR

26-10-2018 [16:21]
"Paylaşdığım bu meşə qənimlərinin fotolarını Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şəki, Qax zonasına gəlib-gedəndən sonra elə həmin bölgədə lentə almışam".

Mia.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist, Diaspor.info saytının Baş redaktoru Əlmaniz Ələkbərov sosial şəbəkədəki səhifəsində yazlb.

O bildirib ki, Qax meşələrindəki qiymətli ağacları doğrayıb odun kimi satan maşınlardan ikisini saxladıb: "Qaxdan Şəkiyə gedən maşınlar idi. Saxladıb soruşdum ki, odun satlıqdır? Təsdiqləndikdən sonra qiymətini soruşdum. Birinci maşının sürücüsü 150, ikinci maşının sürücüsü isə 300 manat dedi.

Görünür bu bölgənin rəhbər şəxslərinin nə nazir, nə qanunlar vecinə deyil. Olsydı, günün günorta çağı belə rahat formada texniki qaydalara uyğun olmayan yük maşınları ilə dolu olan kəsilmiş ağaclar daşınmazdı...".





SON XƏBƏRLƏR