"Bu gün əlil var ki, cəmi 55 manat alır, bu pulla dolanmaq, müalicə almaq olar?" - Qarabağ əlili

img

19-10-2018 [23:16]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyinin əlilliyi olan insanlara göstərilən qayğıdan narazı qalanlardan biri də Qarabağ əlili Əhməd Fazil oğlu Rəhmanovdur.

Əhməd Rəhmanov Mia.az-a müsahibəsində qısa da olsa, problemlərindən danışıb:

- Bildiyiniz kimi, Azərbaycanın inkişaf etmiş ölkə olduğu deyilsə də, bu, cox təssüf ki, əlilliyi olan insanların pensiya və müavinətlərındə özünü göstərmir. Qida və başqa xidmətlərin gündən günə bahalaşmasına baxmayaraq, ölkəmizdə son illər pensiya və müavinətlərdə olan artım 7 %- i kecməyib. Azərbaycan bəlkə regionda yeganə dövlətdir ki, burada əlilliyi olan uşağa verilən müavinət yaşayış minumumundan 2 dəfə aşağıdır. Əgər nəzərə alsaq ki, əlil uşağın valideyni uşağa qulluq ücün dövlətdən hec bir müavinət də almır, onda ailəsində əlil övladı olan ailənin maddi durumunu təsəvvur etmək heç də çətin deyil. Bundan əlavə, ölkədə əlilliyi insanların rifahına qulluq eləyən qanunlar əsasən elə sənəd üzərində qalıb. Ona görə də biz ƏƏSMN-in qarşısına toplanıb, etirazımızı bildirmək istədik. 

- Deyəsən, siz bu aksiyanı "Valideyn komitə"si adı ilə keçirmək istəyirdiniz. Bu qurun rəsmidir, yoxsa? Səhv etmirəmsə, Sizin eyni zamanda, son vaxtlara kimi "Azad istehlakçılar" İctimai Birliyinin nəznində "Müalicə və profilaktik Bərpa Müəssisələrində İstehlakçı Huquqları"nın rəhbəri kimi mətbuatda çıxışlarınız olub. 

- Yox , təssüf ki, "Valideyn komitə"miz rəsmi qeydiyyatda deyil, virtual məkanda fəaliyyət göstərir. Belə ki, əlilliyi olan insanlar Azərbaycanda maddi çətinliklər içindəı olan əlillər tez-tez canlı yığışa, dərdləşə bilmirlər, ona görə Feysbuk-da "Əngəlsiz həyat ", "Birgə və əngəlsiz yaşam " və "Valideyn komitəsi" kimi səhifələrdə dərdləşə bilirik. 

"Azad istehlakçılar" İctimai Birliyinə gəldikdə isə, bizim komissiya Eyyub müəllimin təşəbbüsü ilə yaradılmışdı. Lakin bizm aksiyalar və etirazlarımızın birliyə problemlər yarada biləcəyini nəzərə alıb, Eyyub müəllimlə sentyabr ayının əvvələrində dost kimi ayrılmalı olduq.
 
- Siz həm ƏƏSMN-in, həm də Səhiyyə Nazirliyinin əlillərə qarşı münasibətindən razı deyilsiz. ƏƏSMN-dən narazılığınızı bildik, pensiya və müavinətlərin azlığıdır. Bəs, Səhiyyə Nazirliyindən niyə narazısınız ki? 

- Sirr deyil ki, Azərbaycan qanunları ilə səhiyyə xidmətləri pulsuz olsa da, hələ bir nəfər deyə bilməz ki, mən dövlət tibb müəssəsində pulsuz müalicə və ya müainə almışam. Baxmayaraq, büdcədən səhiyyəyə böyük vəsait ayrılır. Ancaq xəstəxana rəhbərliyi dövlət hesabına tikilən binalarda, dövlətin hesabına alınan avadanlıqlar alınmasına rəğmən, xəstələri pulsuz müayinə belə etmirlər. Bu gün əlil var ki, cəmi 55 manat müavinət alır. Bu pulla dolanmaq olar? 55 manat alan əlil bu pulun 30 manatını məsələn, qan analizinə necə verə bilər? Xəstəxanada Qarabağ əlili deyəndə, üz-gözlərini elə turşudurlar ki, utandığımızdan bunu da demirik. Amma belə də adi müayinədən keçə bilmirik. Bu və ya digər səbəblərdən Səhiyyə Nazirliyinə davamlı etirazlarımızı bildiririk. Ya bu problemi aradan qaldırsınlar, ya da əlillərin pulunu artırsınlar ki, biz heç kəsə üz vurmadan biz öz dərdimizi qismən də olsa, özümüz həll edək.

Biz sentyabr ayında ƏƏSMNə etirazımızı bildirdik, Sahil Babayev bizi mehriban qarşılayıb, pensiya və müavinəti artırmaq səlahiyyəti olmadığını dedi. Ancaq ümid verdi ki, əlillərin sosial rifahına yönəlməli olan qanunların nə vaxtsa isləyəcək. 

Buna baxmayaraq, biz yaxın vaxtlarda aksiya keçirəcəyik. Bu barədə artıq Bakı şəhəri İcra Hakimiyyətinə müvafiq müraciət də göndərmişik...

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı