Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu geri dönmədi - Bilet alsa da...

img

18-10-2018 [20:41]


Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd İbrahim əl-Üteybi Türkiyəyə qayıtmayıb.

"Habertürk” xəbər verir ki, o, oktyabrın 16-da İstanbuldan Ər-Riyada təyyarə ilə yola düşüb. 

Diplomatın da məhz oktyabrın 18-i tarixinə geriyə bileti olub. Lakin Məhəmməd İbrahim əl-Üteybi bu gün saat 15:00-da havaya qalxan təyyarəyə minməyib.

Qeyd edək ki, 2017-ci ildən ABŞ-da yaşayan və "The Washington Post" qəzetinin köşə yazarı olan səudiyyəli jurnalist Camal Xaşuqçi bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR