Şriftin ölçüsü / 1611 dəfə oxunub

Ramil Usubov Səlim Müslümovun qohumunu vəzifədən çıxardı - Naftalana rəis təyin etdi

05 Oktyabr 2018 [00:27]
Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Qusar rayon Polis Şöbəsinin rəisi Zaur Bədəlov vəzifəsindən azad edilib.

Mia.az Axar.az-a istinadən xəbər verir ki, nazirin digər əmri ilə Zaur Bədəlov Naftalan Polis Şöbəsinə rəis göndərilib.

Qeyd edək ki, Z.Bədəlov bundan öncə Səbail RPİ-nin 41-ci PB-nin rəisi işləyib. O, 2016-cı ilin avqustunda Qusar RPŞ-nə rəis göndərilib.

Maraqlıdır ki, Naftalan şəhər PŞ-nin hazırda sərəncama götürülən rəisi Ziya Əliyev də bundan öncə Qusar RPŞ-nin bölmə rəisi işləyib. O, 2016-cı ilin sentyabrında Naftalan ŞPŞ-nə rəis təyin edilmişdi.

Bu yerdə Mia.az onu da xatırladır ki, Naftalana yeni rəis göndərilən Zaur Bədəlov keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dayısının kürəkənirdir.  Z.Bədəlovun qayınanası Şəhrəbanu Məlikova isə hazırda Ağsu Mərkəzi Xəstəxanasının baş həkimidir.

Yeri gəlmişkən, Zaur Bədəlov bir neçə ay əvvələ qədər ƏƏSMN-də Dövlət Əmək Müfəttişliyinin rəisi olmuş Fuad Əlizadə ilə elə həmin nazirlikdə nazirin müşaviri işləmiş Yalçın Müslümovla bacanaqdır.

Mia.az


SON XƏBƏRLƏR