19-09-2018 [00:18]
Qoç - Günün ilk yarısından qətiyyətli və iradəli şəkildə çalışın. Hadisələrin dünənki məcrasının davam etdirilməsi fəaliyyətin ideal variantı ola bilər. Yaradıcılıq planlarını reallaşdıra bilərsiniz. Problemlərin həllinə fərdi yanaşın.
Günün ikinci yarısında rutin işlərdən usanmayın. Onları mütləq şəkildə çözmək gərəkdir. Həmişəkindən fərqli olaraq bir qədər risk etmək olar. Yeni, genişmiqyaslı layihəyə başlamayın.
Buğa - Yaşam tərzi sizdən aktiv qərarlar və mütəhərrik olmağı tələb edir. Başqalarının laqeydliyindən yararlanmayın, öz stilinizə sadiq qalın. Əhval-ruhiyyənizi ən kiçik, xırda məsələlərə görə korlamayın. Bir qədər əvvəl yaşanmış proseslərin fəsadları hələ tükənməyib.
Günün ikinci yarısında izafiliyə varmayın. Duruma müdaxilədə diqqətli olun, konsepsiyasız qərarlar qəbul etməyin.
Axşam saatlarında ağır fiziki işdə çalışmayın.
Əkizlər - Günün ilk yarısında yaxşı əhvalınız olacaq. Hadisələrə nikbin yanaşın. Ruh düşkünlüyünə qapılmayın. Situasiya pozitivdir. Yeni, maraqlı imkanlar yaranır. Şanslarınızdan yararlanın. Fürsəti fövtə verməyin.
Günün ikinci yarısında böyük layihəyə və ya ağır sifarişin icrasına başlamaq məsləhət deyil. Çətinliklər sizi zəiflətməsin. Şəraitə uyğunlaşın. Köhnəlmiş ştamplardan, uğursuz klişelərdən qurtulun. Yanlış psixoloji anlamlara aldanaraq səhv addımlar atmayın.
Axşam saatlarında orijinal ideya yarana bilər.
Xərçəng - Günün ilk yarısından etibarən tənbəllik etməyin. Analitika, mürəkkəb hesablamalar, sistemləşdirmə, fərdi nəzarət, məsuliyyətli sifarişin yerinə yetirilməsi üçün münasib zaman deyil.
Günün ikinci yarısında sizi effektiv fəaliyyətdən yayındıracaq proseslər yaşanacaq. İntizamlı olun, qaydalar çərçivəsindən çıxmayın. Sağlam qida rasionunu seçin. Strateji məsələnin həllində təfərrüatlara fikir verin.
Axşam saatlarında bədxərclik etməyin. Səbəbsiz nikbinliyə qapılmayın.
Şir - Günün ilk yarısından etibarən rəqiblərlə müqayisədə üstün mövqelərə malik olacaqsınız. Amma bu, situasiyanı tam nəzarətdə saxlamaq istəklərinizə və cəhdlərinizə mane olmamalıdır. Situasiya ağırlaşır.
Günün ikinci yarısında əlverişsiz vəziyyətdən asanlıqla çıxış yolu tapa bilərsiniz. Fəaliyyət sahənizdə qrafikin yenilənməsinə zərurət duyulur.
Axşam saatlarında yaşamınızda dəyişikliklər başlanacaq.
Qız - Yeni oriyentirlər seçin. İşlə bağlı təklif səslənəcək. Yeni və fərqli ideyalar var. Gərəkli informasiya axtarışı ilə məşğul olun, faydalı əlaqələri bərpa edin. Təmaslardakı donuq situasiyanı aradan qaldırın.
Məqsəd və məramlarınızı səhər saatlarından etibarən reallaşdırmağa başlayın. Gərəkli avadanlıq, vasitə və resursları toplayın.
Daxili gərginlik olsa da, imkanlar və qüvvələrdə müəyyən tükənmə hiss olunur. Gərgin olmayın. Bu gün izafi əmək üçün deyil.
Axşam saatlarında istirahət edin.
Tərəzi - Məntiq, tələbat və ya seçdiyiniz plana uyğun davranın. Hisslər, emosiyalar və ya ani impulsun təsiri altına düşməyin. Təkbaşına çalışmayın, tənha qalmayın. İşdə həmkarlarınızla birlikdə olun.
Toplantı, müzakirə və ya görüş zamanı işlə bağlı unutduğunuz, yadınızdan çıxmış təfərrüatı xatırlayacaqsınız.
İddialarla tələblərin səviyyəsini bir qədər aşağı salın. Mümkün qədər çox iş görməyə səy göstərin.
Axşam saatları konkret, maddi məsələlərlə bağlı işlər üçün əlverişlidir. Bacarıq və istedadınızı nümayiş etdirin. Sevdiyiniz işlərlə məşğul olmaq üçün əlverişli zamandır.
İstirahət və açıq havada gəzintiyə yetərincə vaxt ayırın.
Əqrəb - Ambisiyaların reallaşdırılması üçün müvafiq zamandır. Məqsədə çatmaq üçün effektiv vasitələrdən istifadə edin. Asan yollara üstünlük verin. Hədəfə daha tez çatmaq üçün ən əlverişli metoddan yararlanaraq rəqibləri qabaqlayın.
Günün ikinci yarısında planlarınızda dəyişikliklər edin. Təftiş və təhlilə başlaya bilərsiniz. Rasionunuza fikir verin. Səhhətinizin qeydinə qalın. İşgüzar olun, aktiv işləyin. Biliklər azdırsa, əlavə məlumatlar əldə edin.
Axşam saatlarında gəzintiyə çıxın.
Oxatan - Günün ilk yarısı uğurludur. Enerjili olun, işlərə aktiv başlayın. Cari problemləri hadisələrə təsir imkanlarına malik insanın yardımı ilə həll edin. Bilik və bacarıqlarınızdan yararlanın.
Günün ikinci yarısında kollektiv fəaliyyətdə fayda var. Sizi dəstəkləyən, yardımlarını əsirgəməyən insanlara minnətdarlıq etməyi unutmayın. Axşam saatlarında bədxərclik etməyin. Yeni işlər üçün maliyyə ehtiyatınız olmalıdır.
Normal istirahət etməyə çalışın.
Oğlaq - Günün ilk yarısı ağır fiziki əmək yox, yaradıcılıq üçün daha əlverişlidir. Özünüzə həddən ziyadə güvənsəniz, ciddi səhvlərə yol verə bilərsiniz. Vədlərə, təkliflərə, dilətutmalara aldanaraq yolunuzdan sapmayın.
Günün ikinci yarısında maliyyə məsələlərində istənilən düşünülməmiş addım, avantüra təhlükəlidir. Çox zəif, illüzor şanslara uymayın. Bahalı heç nə almayın.
Axşam saatlarına yaxın daha səbatlı, məntiqi və praktiki şanslarınız yaranacaq. Hisslərinizin etirafına tələsməyin.
Dolça - Praqmat olun. Qeyri-konstruktiv hisslərə qapılmayın. Yaxın ətrafınızdakı insanların maraqlarına zidd addım atmaq niyyətiniz varsa, yaxşıca düşünün. Maddi məsələlər münasibətlərdə sərinləşmə və fikir ayrılıqlarına səbəb ola bilər.
Günün ikinci yarısında yaşam arealında islahatlar aparmaq olar. Ödənişlərdə diqqətli olun, hesablamalarda səhvlərə yol verməyin.
Kredit götürməyin, borcları vaxtında qaytarın.
Maddi məsələlərin müzakirəsi üçün əlverişli zaman deyil.
Ehtiyatlı olun, fundamental səhvdən uzaq durun.
Balıqlar - Hadisələrin zahiri effektləri bu gün həlledici rol oynayacaq. Proseslərə süni müdaxilə etməyin. Olaylara təkana ehtiyac duyulmursa, hiperaktivlik yalnız zərər verə bilər. Başqalarının oyunlarına qatılmayın, məkrli planın qurbanına çevrilməyin.
Günün ikinci yarısında rutin prosedurlar uğurlu olacaq. Problemlərin həllinə kreativ yanaşın. Cari işlərin görülməsində yeniliklər edə bilərsiniz. Axşam saatlarına yaxın əlavə xərclər istisna deyil.
Gəzintiyə çıxmağı unutmayın.
Milli.az
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar