Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində işləyəcək - Qurban bayramında

img

14-08-2018 [15:27]


Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədilə iş qrafikində dəyişiklik edib.

Kompleksdən verilən məlumatına görə, avqustun 15-dən 27-nə qədər BBAK gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur:

"Müqayisə üçün qeyd edək ki, hazırda gün ərzində 400-440 nəqliyyat vasitəsilə, təxminən, 12 min sərnişin Avtovağzaldan yola salınır. Sərnişinlər biletləri BBAK-ın kassalarından və ya onlayn qaydada - www.bbak.az saytından 10 gün öncədən əldə edə bilərlər. 

Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiya nəzarət edəcək. Əlavə sual və təkliflər üçün vətəndaşlar 012 406 01 58/59 nömrələrinə müraciət edə bilərlər".

Digər xəbərlər
SON XƏBƏRLƏR