Şriftin ölçüsü / 516 dəfə oxunub

Azərbaycanda 21 günün gəlini yoxa çıxdı - Video

09 Avqust 2018 [23:32]

Paytaxtın Qaradağ rayonunda 18 yaşlı Səma Qafarova Lökbatanda qaldıqları evdən yoxa çıxıb.

Mia.az "Xəzər TV”yə istinadən xəbər verir ki, evləndiyindən 22 gün keçən Səmanın evdən hara getdiyi məlum deyil.

Anası onun yaşadığı evdən avqust ayının 6-da yoxa çıxdığını bildirir. Məlumata görə, S.Qafarova bu ilin iyulun 15-də öz istəyi ilə xalası oğlu ilə evlənib.

Anası Zeynəb Qafarovanın dediyinə görə, hər kəs işdə olduğu üçün Səma bir qədər qorxduğunu bildirib.

Hadisə ilə bağlı Qaradağ rayonunun 10-cı polis bölməsinə müraciət olunub və araşdırma aparılır.






SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...