Prezident İlham Əliyev Putini təbrik etdi - Dünya çempionatının təşkili ilə bağlı

img

16-07-2018 [13:57]


Prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə təbrik ünvanlayıb.

 Mia.az həmin təbrik məktubunu təqdim edir:

"Sizi və bütün Rusiya xalqını futbol üzrə XXI Dünya Çempionatının uğurla keçirilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Dünya çempionatı idmanın bu ən populyar növünün bütün pərəstişkarları, milyonlarla azarkeş üçün həqiqətən unudulmaz idman bayramı oldu. Rusiyada başa çatmış dünya birinciliyi idmanın xalqları yaxınlaşdıran, dostluğu və əməkdaşlığı möhkəmləndirən böyük qüvvə olmasını parlaq şəkildə nümayiş etdirməklə, haqlı olaraq çempionatlar tarixinə bu cür turnirlərin ideal təşkili, hazırlanması və keçirilməsi nümunəsi kimi daxil olacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR