İsraillə HƏMAS yenə anlaşa bilmədi - "Danışıqlarda həlli mümkünsüz şərtlər var"

img

10-05-2024 [00:41]


Misirin paytaxtı Qahirədə Qəzzada atəşkəslə bağlı danışıqlar müsbət sonluqla bitməyəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin döbvlət telekanalı KAN yayıb.

Telekanal Qahirdən ayrılan İsrail heyətinə istinadla bildirib ki, tərəflər araslnda həllli mümkünsüz fikir ayrılıqlar var: "Şərtlər elədir ki, tərəflərdən heç birinin buna əməl etməsi mümkün görünmür".

Kanal bu şərtlər haqqında informasiya verməyib. Ancaq qeyd olunub ki, İsrail müdafiə şurası bu şərtləri qısa zamanda müzakirə edəcək.

Misirdə yayımlanan "Əl-Qahirə əl-İxbariyye" televiziyasının xəbərində isə bildiiriliib ki, HƏMAS və İsrail heyətlərinin iki günlük danışıqlarından sonra tərəflər məsləhətləşmək üçün Qahirəni tərk edib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR