"Kasıb-kusubun iş yeri olan taksi sektorunun üstünə düşüblər, sektoru "boğurlar"" - Deputat və ekspert nazrin yanlış taksi siyasətini tənqid edir
09-05-2024 [10:17]
Ölkədə uzun illərdən bəri hökm sürən xaotik taksi fəaliyyətinin nizama salınması üçün bir müddətdir işlər həyata keçirilir. Bununla bağlı xüsusi normalar da qəbul olunub. Bu normaların tətbiqi ilə iyundan sonra taksi fəaliyyəti ilə bağlı qaydaların daha da sərtləşəcəyi bəlli idi.
Bu proseslə bağlı yeni bir nüans da bəlli olub. Belə ki, Azərbaycanda müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
""Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilə bilər", - deyə qurum qeyd edib.
Taksilərin çoxluğu ölkədə işsizlik problemi ilə də bağlıdır. Bu gün rəsmi və qeyri-rəsmi şəkildə taksiçiliklə 150 min nəfərdən artıq şəxsin məşğul olduğu bildirilir.
Vüqar Bayramov: “Milli Məclisdə qiymətlərdə kəskin artımlara yol verilməməsi üçün təkliflər irəli sürülmüşdü”
Millət vəkili Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, taksi xidmətinin keyfiyyətinin artırılması, eyni zamanda qiymətin optimallaşdırılması çox vacibdir. Vüqar Bayramov xatırladıb ki, Milli Məclisdə taksi xidməti ilə bağlı müzakirələr zamanı qiymətlərdə kəskin artımlara yol verilməməsi üçün təkliflər irəli sürülmüşdü: “Qiymətlərin əlçatan, optimal olması vacibdir. Taksilərin sayında dəyişiklik baş versə də, daha optimal qiymətlərlə taksi xidmətinin keyfiyyətinin artırılmasına xidmət edən şərait yaradılmalıdır. Eyni zamanda çox vacib məqamlardan biri ictimai nəqliyyatın keyfiyyətinin və intensivliyinin artırılmasıdır çünki bu, taksi xidmətinə tələbin azalmasına gətirib çıxara bilər. Ona görə də taksi xidmətində islahatlarla yanaşı, ictimai nəqliyyatda dövriliyin, tezliyin artırılması da önəmlidir. Biz son illər ictimai nəqliyyatda xidmətin keyfiyyətinin artırılmasını müşahidə edirik. Bütün bunlarla yanaşı, sıxlıq məsələsini diqqətdən kənarda saxlamaq olmaz. Bir sözlə, paralellər aparılması, ictimai nəqliyyatdakı islahatlarla taksi xidməti sahəsindəki islahatların dəstəklənməsi olduqca vacibdir”.
Xalid Kərimli: “İctimai nəqliyyatla bağlı problemləri həll etmədən kasıb-kusubun iş yeri olan taksi sektorunun üstünə düşürlər...”
İqtisadçı-ekspert Xalid Kərimli isə müxtəlif aspektlərdən təhlillərin aparılmasının önəmini vurğulayıb. Ekspert qeyd edib ki, məsələyə kompleks baxılmalıdır: “Qeyri-rəsmi rəqəmlərə görə, taksilərin sayı 80 mindir, bu rəqəmin 20 minə salınacağı bildirilir. Digər ölkələrin təcrübəsi təhlil olunubmu? Adambaşına düşən taksi sayı hesablanarkən ictimai nəqliyyatın vəziyyəti nəzərə alınıbmı? İnsanların velosiped, skuterlərdən istifadəsi, piyada gəzmək imkanlarına diqqət yetirilibmi? Amsterdam Avropanın ən böyük şəhərlərindən biridir, amma əhalinin əhəmiyyətli hissəsi velosiped sürə bilir, infrastruktur da tam olaraq bu istiqamətdə qurulub. Odur ki, sadəcə müqayisə aparmaq yetərli deyil. Bu məsələyə kompleks baxılmalıdır. Bakı Metropolitenində stansiyaların sayı artırılır, amma metroda yenə də sıxlıqdır. Dünyanın əksər şəhərlərində metrolarda bu qədər sıxlıq olmur, çünki Bakı metrosunda cəmi iki xətt var. Moskvada metropoliten dairəvi sxemlə qurulub. Şanxayda isə 8-9 paralel metro xətti var. Bu da sıxlığın aşağı düşməsinə səbəb olur, eyni zamanda şəhərin bir başından o biri başına getmək üçün uzun zaman lazım olmur. Bakı çox da böyük şəhər hesab olunmur, amma metro ilə səyahət bəzən 1 saat zaman alır. Ağıllı planlama olmalıdır. İctimai nəqliyyatla bağlı problemləri həll etmədən kasıb-kusubun iş yeri olan taksi sektorunun üstünə düşürlər...
Bu, doğru yanaşma deyil. Əhali rahat səyahət üçün taksilərə üz tutur, qurumlar isə sektoru "boğurlar". Koordinasiya edilmiş strategiyasının olduğunu güman etmirəm. Hər qurumun ayrı prioritet irəli sürməsi çıxış yolu deyil. Taksi sektorunda vəziyyət ürəkaçan olmasa da, kifayət qədər rəqabətli sektordur. Əhali üçün qiymətlər əlverişli formalaşıb. Dünyanın heç bir ölkəsində taksi qiymətləri Azərbaycandakı kimi deyil. Bunu əsas götürüb qiyməti artırmaq doğru deyil. Təhlükəsizlik məsələləri ortaya qoyulmalıdır. Bütün problemlərin taksilərin fəaliyyəti ilə bağlı olduğunu güman etmirəm. On minlərlə şəxs başqa qazanc yeri olmadığı üçün taksi sürücüsü işləyir. Bu xidmətdə məhdudlaşdırmalar tətbiq etmək, bahalaşmaya getmək cəhdləri cəmiyyəti narahat edir. Düşünürəm ki, standartlar olmalıdır, lakin tənzimləmələri ictimai nəqliyyatın inkişaf etdirilməsi ilə paralel aparmaq lazımdır".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
UNEC-də dərslər onlayn formata keçirilib
Sabah Bakının bu qəsəbəsində qaz olmayacaq
Vüqar Rəhimzadə: ""Əsrin müqaviləsi” iqtisadi inkişafın təməl prinsiplərini müəyyən etdi"
Türkiyə MN: "S-400-lər bizimdir, iddialar əsassızdır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Oleq Bakinskiyə "yox" deyildi
Xalq artisti Sərdar Fərəcov evə buraxılıb
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
PREZİDENT ONU TƏLTİF ETDİ - FOTO
İngilislər Arda Gülər üçşün 150 milyon təklif edib? - İspaniya mediasından şok iddia
"Bunu qəbul edən həmin kütlə mənə lazım deyil"
Rektor generalın həyat yoldaşını yeni vəzifəyə təyin edib - FOTO
Beyləqanda ər arvadını bıçaqlayıb
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
Ukrayna ilə Böyük Britaniya ilə "100 illik tərəfdaşlıq” sazişi qüvvəyə mindi: "Bu, bizim ittifaq gücümüzü ikiqat artırır”
Türkiyə Liviya vətəndaşları üçün vizanı sadələşdirib
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
Əli Əsədov Qırğızıstan prezidenti ilə görüşdə iştirak edib
Qəzzada daha 79 nəfər ölüb - 288 nəfər isə yaralanıb
Zaur Axundov "Silk Vey Vest"dən nə qədər qazanır? - Hesabat
16 yaşlı Ceyhun Nəcəfova hökm oxundu - Sinif yoldaşını öldürüb!
Onlar bu komitə yanında İctimai Şura üzvü seçildilər - SİYAHI
Zakir Həsənov Çinə gedib
AFFA bəzi klubları və futbolçuları cəzalandırıb
Sabah yağış yağacaq - Proqnoz
Prezident İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Nələr müzakirə olunub?
Müəllim MÜTDA rəhbərini ələ saldı: "Cənab Eşqi Bağırov,odun peçinə uzbe qoşsaq, printer işləyər? - "Nazirimiz problemlərdən elə danışır, elə bil..."
Türkiyədə yeni nazirlik yaradılır
Türkiyəli aktyor xəstəxanadan çıxdı - FOTO
Əli Əsədov Qırğızıstana gedib
Milli Məclisdə dinləmə keçiriləcək
"Harda yazılıb ki, xanəndə botoks etdirə bilməz?" - "Qarayaxma kampaniyaları aparan və həmin yazıları yazdıran adamlar..."
“Əsrlərin sədasında xalça sehri” sərgisi açılıb
Rusiyada azərbaycanlı iş adamı kimin qəzəbinə tuş gəlib? - Nəsimi Məmmədov həbs etmək istəyirlər
Türkiyədə İŞİD-ə qarşı növbəti əməliyyat: 51 şübhəli tutulub
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - FOTO
ChatGPT-də yeni qadağalar olacaq