Qadın qılığında ölkədən qaçmaq istəyən şəxs saxlanılıb - FOTO

img

08-05-2024 [15:14]


Hərbi xidmətdən yayınmaq üçün qadın qiyafəsində olan ukraynalı bacısının pasportu ilə Rumıniyaya keçmək istəyən şəxs tutulub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, adı açıqlanmayan 44 yaşlı kişi özünü bacısına çox oxşatsa da, ayaq və qollarının kobudluğu səbəbindən şübhə doğurub.

Məlumata görə, otağa dəvət olunan həmin şəxs  yoxlanıldıqda hiyləsi ifşa olunub: "Faktla bağlı istintaq başlayıb".

Xatırladaq ki, Ukraynada savaşa görə 18-60 yaş arası kişilərin ölkədən çıxışı qadağandır. 

Lamiyə Əhmədli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA