ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer Ordumuzdan acı xəbər: 3 hərbçimiz şəhid oldu, 11-i yaralandı - Rəsmi məlumat yayıldı + FOTO - mia.az
Şriftin ölçüsü / 1100 dəfə oxunub

Ordumuzdan acı xəbər: 3 hərbçimiz şəhid oldu, 11-i yaralandı - Rəsmi məlumat yayıldı + FOTO

06 Iyul 2018 [21:20]
Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu Naxçıvanda avtomobil qəzasında şəhid olub, 11-i yaralanıb. 

Mia.az bildirir ki, bu məlumatı Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidməti yayıb.

Məlumatda qeyd olunub ki, Günnüt kəndi istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızı daşıyan BMC markalı avtomobil iyulun 5-i saat 18:30 radələrində qəzaya düşüb:

"Nəticədə 3 hərbçi həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib. Döyüş tapşırığını yerinə yetirib qayıdarkən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan hərbi qulluqçularımız iyulun 6-da yüzlərlə gəncin "Şəhidlər ölməz, Vətən bölünməz” şüarları altında doğulduqları kəndlərində son mənzilə yola salınıblar.

Yol-nəqliyyat hadisəsində həyatını itirən hərbçilərdən 1991-ci il təvəllüdlü, baş leytenant Hümmətov Orxan Bayram oğlu Tovuz rayonunun Qaraxanlı kəndində, 1995-ci il təvəllüdlü, gizir Həsənli Novruz Nəbi oğlu Şərur rayonunun Maxta kəndində, 1987-ci il təvəllüdlü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Seyidov Raman Mirsalam oğlu Şərur rayonunun Danyeri kəndində dəfn edilib.

Dəfn mərasimlərində Əlahiddə Ümumqoşun Ordunun zabitləri, hökumət və ictimaiyyət nümayəndələri, həlak olanların hərbçi yoldaşları və sakinlər iştirak ediblər".


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR