Şriftin ölçüsü / 415 dəfə oxunub

"Mahmud Abbasın qarşısına iki gün ərzində İsrailin tanınmasını ləğv etmək vəzifəsi qoyulub" - Qərar

15 May 2018 [18:09]
 Fələstin Milli Şurası Mahmud Abbasın qarşısına iki gün ərzində İsrailin tanınmasını ləğv etmək vəzifəsi qoyub.

"Report" xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Əbdülhafiz Nofəl "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyində keçirilən mətbuat konfransında bildirib.

"Fələstin Milli Şurası Mahmud Abbası yenidən İcraiyyə Komitəsinə seçib. Dünən onun qarşısına iki gün ərzində İsrailin tanınmasını ləğv etmək vəzifəsi qoyulub. Bunun necə nəticələnəcəyini görəcəyik. Məncə, bu, Fələstin rəhbərliyindən təkcə Fələstin xalqına yox, həm də Ərəb ölkələrinin liderlərinə mesajdır", - Ə.Nofəl vurğulayıb.

Qeyd edək ki, Qəzza sektoru sərhədində İsrail hərbçiləri ilə toqquşmalar zamanı, təqribən, 60 fələstinli həlak olub, 3 min nəfər isə yaralanıb.


SON XƏBƏRLƏR