ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Jurnalist nazir müavininin dəfnində döyüldü: "Nazir Oqtay Şirəliyev işarə elədi ki..." + FOTO - mia.az
Şriftin ölçüsü / 1819 dəfə oxunub

Jurnalist nazir müavininin dəfnində döyüldü: "Nazir Oqtay Şirəliyev işarə elədi ki..." + FOTO

09 Aprel 2018 [17:31]

Bu gün səhiyyə naziri Oqtay Şirəliyevin işçiləri unikal.org-un əməkdaşı Famil Fərhadoğlunu (İbrahimov) döyüblər.

Hadisə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun bu gün keçirilən dəfn mərasimində baş verib. 

Belə ki, Yasamal qəbiristanlığında mərhumla dəfn mərasimini lentə alan jurnalist Famil Fərhadoğlu nazirliyin işçilərinin hücumuna məruz qalıb. 

O, üz və qol nahiyəsindən xəsarət alıb. Həmçinin mobil telefonu əlindən alınaraq, sındırılıb.

Bu barədə başına gələnləri danışan F.Fərhadoğlu hadisəni belə şərh edib:

"Dəfn mərasimində iştirak edən səhiyyə naziri Oqtay Şirəliyevi telefonla fotosunu çəkərkən, nazir bir nəfərə işarə edib bildirdi ki, fotomu çəkəni soruşun, görün kimdir. Bu zaman orta yaşlı və cavan oğlan mənə yaxınlaşaraq şəkil çəkməməyimi tələb etdi. 

Mən isə Kütləvi İnformasiya Vasitələri haqqında qanunu xatırlatdım, vəsiqəmi təqdim edərək bildirdim ki, jurnalistika fəaliyyətimə mane olmayın. Həmin vaxt 30-35 yaşlı cavan oğlan mənə hücum edərək üzümə sillə və yumruq vurdu. Daha sonra telefonumu əlimdən alaraq özləri ilə götürdülər. Güclə telefonda olan nömrəmi və yaddaş kartını çıxara bildim. Onlar yenidən hücum edərkən hadisə yerindən uzaqlaşdım. 

Məsələ ilə bağlı hüquq-mühafizə oraqanlarına müraciət edərək bildirmək istəyirəm ki, məni döyənləri və telefonu əlimdən alanları tapıb cəzalandırsınlar”.



Unikal.org



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR