"Ramiz kimi məmurlar asılmalıdır” - Prezidentliyə namizəd TV-də icra başçısını topa tutdu + VİDEO

img

20-03-2018 [21:17]


Prezidentliyə namizəd Hafiz Hacıyev İTV-də namizədlər üçün ayrılmış teledebatda məmurlara sərt mesajlar verib.

Mia.az xəbər verir ki, o, Bakının icra başçısı ilə Gədəbəyin icra başçısını topa tutub.

Mia.az namizədin həmin çıxışının yazılı formasını da təqdim edir: 

"İcra başçıları yerlərdə qanunsuzluqlar edir, vətəndaşları dövlətdən narazı salırlar. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "kloun”, Gədəbəy İcra hakimiyyətinin başçısı Ramiz Yediyarov isə  "julik” dir. O, rüşvətxorun biridir, Fazil Məmmədovun kadrı olub. Fazil Məmmədov çox böyük nöqsanlara yol verdiyinə görə vəzifədən uzaqlaşdırılıb. Bu adamlar niyə qalmalıdır? Ramiz dövlətçilikdən bixəbər adamdır. Oradan yoldaşlar mənə gəlib dedilər ki, əlacımız sənə qalıb, prezidentə çatdır ki, o adamın əlindən Gədəbəy camaatının hamısı deyir ki, bizim gedib ermənilərə girov düşməyimiz, gedib ermənilərin içində yaşamağımız yaxşıdır, nəinki bunun, bu banditin əlində yaşamağımız. Bu cür insanlar Azərbaycan hakimiyyətində baş qaxıncıdır. 

Bunun orada qalması cinayətdir. Onu həbs etmək lazımdır. Bu adamın mənəvi haqqı yoxdur ki, bu gün İlham Əliyevin komandasında qalıb işləsin. Çünki İlham Əliyev həmişə deyir ki, xalqın xidmətçisi olmaq lazımdır. Bu nə edir? Bu azərbaycan xalqını məcbur edir ki, gedib erməniyə əsir düşsün! Ramiz kimi məmurlar asılmalıdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq