14-02-2018 [00:51]
Qoç - günün ilk yarısında işlərə müsbət emosiyalarla başlayın. Qüvvəniz artacaq, yaşam enerjinizin səviyyəsi yüksələcək. Əhvalınız nikbin olsun.
Ciddi işləri uğurla həll etmək mümkündür.
Günün ikinci yarısında əvvəlcədən hazırlanmış plan üzrə hərəkət etmək məsləhətdir. Axşam saatlarına yaxın dostlarla görüş yaxşı nəticə verəcək. Səhhətinizin qeydinə qalın.
Zərərli vərdişlərdən birindən imtina etmək, pəhriz saxlamağa başlamaq üçün münasib zamandır.
Buğa - laübəli, qarışıq gün olduğundan işlərdə tələskənliyə yol verməyin. Düşünülməmiş qərarlar çox pis nəticə verə bilər. Maraqlandığınız işlə məşğul olmaq üçün imkanlar yaranıb. İşdə və təhsildə sizi xoş anlar gözləyir.
Günün ikinci yrısında maddi məsələlər ailə həyatında həyəcanlar yarada bilər. Yaxınlarınız nələrinsə alınmasını istəyirlər. Onların istəklərinin yerinə yetirilməsi ailə büdcəsinə zərbə vuracaq.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - problemlərin çözülməsində qeyri-standart metodlar daha effekktivdir. Bütün qayda və təlimatlara riayət etmək, sadəcə, mümkün deyil. Uzun müddətdən bəri sizə opponent olmuş insanla dil tapa bilərsiniz.
Günün ikinci yarısı məhsuldardır. Çoxdan bəri həllini gözləyən məsələni çözün.
Macəralar və avantüralara qatılmayın. Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Subaysınızsa, bəxtinizi bir daha sınaya bilərsiniz.
Xərçəng - işgüzar tərəfdaşınız və ya şərikinizin fəaliyyəti ilə bağlı iradlarınız varsa, sərt danışmayın. Ailə üzvləri ilə təmaslarda aqressivlik nümayiş etdirməyin. Günün ilk yarısı məhsuldar olacaq. Ən çətin problemlərin öhdəsindən gələ bilərsiniz.
Günün ikinci yarısında yarımçıq işlər qoymayın.
Saatlar keçdikcə planlarınızda dəyişikliklər olacaq. Axşam saatlarında romantik görüş planlaşdırıbsınızsa, yeniliklər istisna deyil. Müəyyən iş barədə heç ən yaxın adamınıza da məlumat verməyə dəyməz.
Şir - xərclərinizə nəzarət edin. Maliyyə imkanlarınızı olduğundan artıq saymayın. Yeni layihəyə başlamazdan əvvəl situasiyanı dəyərləndirin. Detalların önəmini azaltmayın. Yaradıcı fəaliyyətlə məşğul olanlar üçün yaxşı zamandır.
Günün ikinci yarısında məhsuldar çalışa bilərsiniz. Yaxınlarınız və dəyər verdiyiniz insanlarla ünsiyyətə xüsusi önəm verin. Xəbər və informasiya mübadiləsini unutmayın. Planlarınızdan danışa bilərsiniz. Dedikləriniz qarşı tərəfi maraqlandıracaq.
Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
Qız - vaxtında başa çatdırılmış iş sizdə komfort və məmnunluq hissi yaradacaq. Yaxşı əhvalınızla maliyyə durumu arasında müəyyən qarşılıqlı əlaqələr olacaq. Maliyyə vəziyyətiniz nə qədər normal olarsa, özünüzü bir o qədər yaxşı, xoş hiss edəcəksiniz.
Yeni planlar qurun, hədəfləri dəqiqləşdirin.
Günün ikinci yarısında konseptual yeniliklərə ciddi lüzum yoxdur. Bədxərclik depressiya yarada bilər.
Kreditlərin sayını artırmayın. Borc götürmək yox, borcu qaytarmaq çətindir. Şəxsi maraqlarınızı ailə mənafelərindən üstün tutmayın. Yaşam enerjinizin səviyyəsi yüksəkdir. Axşam saatlarında aktiv olun.
Tərəzi - uzaqgörən olun. Seçimdə yanılmayın. Ortamdakı tələskənlik və vurnuxma işlərinizə əsla təsir etməməlidir. Emosiyalarınızı ciolvlayın. Məntiqi qənaətcillik maliyyə məsələlərində itkilərin qarşısını alacaq.
Əsas məsələ vaxtı boş yerə keçirməmək, mənasız söhbətlərə qatılmamaqdır.
Günün ikinci yarısında yaxınlarınızın istəklərini anlamaqda çətinlikləriniz yarana bilər. Sağlam məntiqə zidd qərarlar qəbul etməyin. Baş verənlərə praktiki yanaşın.
Praqmat olun.
Əqrəb - işgüzar tərəfdaşlarla müzakirələrdə əsas məsələni diqqətdən yayındıraraq ikinci dərəcəli məqamlarla bağlı dartışmalara başlamayın. Qarşı tərəflə münasibətlərdə sərinlik yaratmayın. Şəxsi istəklər və fərdi seçim ön plana çıxmamalıdır.
Sayıq davranın, qarşınıza qoyduğunuz məqsədə çatmağın yollarını müəyyənləşdirin.
Günün ikinci yarısı alış-veriş üçün pis deyil. Aldığınız əşyadan uzun müddət yararlana bilərsiniz. Yaxınlarınızın istəklərini anlamağa çalışın. Sevdiyiniz insanla əlaqələrdə harmoniya yaradın.
Oxatan - günün ilk yarısında önəmli müzakirələr yaxşı keçəcək. Danışıqlar zamanı mövqelərinizi qoruyun. Mənasız iddialara və iradlara cavab verməyin. Maliyyə məsələlərinin həllinə diqqət ayırın. Kreditlər götürmək, sərmayə ilə bağlı məsələləri həll etmək olar. Alış-verişdə gərəksiz mal və ya əşya almayın.
Günün ikinci yarısında maddi problemlər arxa plana keçəcək. Yaxınlar və dostlarla ünsiyyətdə olun. Axşam saatlarını əyləncəyə, istirahətə həsr edə bilərsiniz.
Oğlaq - əsas məsələləri günün ilk yarısında həll etmək olar. Çətinliklərin öhdəsindən gəlmək şansı var. Emosiyalara qapılmayın, hisslərinizə hakim olun. İntizamlı davranın. İtkilərə yol verməmək, işgüzar tərəfdaşlarla normal əlaqələri qorumaq üçün səbrli, təmkinli olun.
Günün ikinci yarısında diqqət mərkəzində olacaqsınız. Durumuzunu ideal saymayın və təkamülə can atın. Yaxınlarla qohumlara qayğı göstərin. Laqeyd insan təsiri bağışlamayın.
Axşam saatlarında gəzintiyə çıxın.
Dolça - fərdi seçiminiz fəaliyyət prosesinə ciddi təsir edəcək. Tərəfdaş və ya şəriklə kollektiv işdə uğur qazana bilərsiniz. Maraqlandığınız işə başlamaq və yeni layihə ilə bağlı irəliləyiş əldə etmək olar.
İşgüzar aktivliyinizi doğru məcraya yönəldin.
Günün ikinci yarısında süstlüyə qapılmayın, aktiv olun.
Fiziki təmrinlərlə məşğul olmaq üçün əlverişli zamandır. Yaşam arealında rahat ortam yaradın. Təmir və ya köç üçün münasib zaman deyil.
Balıqlar - günün ilk yarısından etibarən gərgin anlar yaşanacaq. Cari məsələləri və rutin problemləri çətinlik çəkmədən həll edə bilərsiniz. İşdə rəhbərliyin sizi tənqid etməsi istisna deyil.
Günün ikinci yarısında münaqişələr və qarşılıqlı iradlar riski artır.
Yaxınlarınızla təmaslarda emosiyalı davranmayın. Əsəblərinizə hakim olun. Qəfil situasiyalarda çaşqın vəziyyətə düşsəniz, mövqeləriniz zəifləyəcək.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
milli.az
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar