Şriftin ölçüsü / 284 dəfə oxunub

BMAM-da görüş keçirilib

13 Fevral 2018 [10:58]

Misir ƏrəbRespublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami Elaydi Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin qonağı olub.

Mərkəzin sədri, Prezident yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqovla görüşdə iki dost ölkə, Misir və Azərbaycan arasında beynəlxalq və mədəniyyət sahəsində əlaqələrdən söhbət açılmışdır. BMAM-nin fəaliyyəti və gördüyü işlər barəsində qonağa məlumat verən Rufiz QonaqovMisir Mədəniyyət Mərkəzi ilə birgə müxtəlif tədbirlərin həyata keçirilməsi istiqamətində əməkdaşlığın vacibliyini vurğulamışdır. Öz növbəsində görüşdən məmnunluğunu ifadə edən Misirli diplomat Mədəniyyət Mərkəzinin fəaliyyət istiqamətləri barəsində geniş söhbət açaraq, Misir Respublikasında fəaliyyət göstərən Qeyri Hökümət Təşkilatları ilə Azərbaycandakı Vətəndaş Cəmiyyətləri arasında birgə fəaliyyətin daha da genişləndirilməsinin iki ölkə arasında əlaqələrə müsbət təsir göstərəciyini diqqətə çatdırmışdır. Görüşün sonunda Misir Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami Elaydi BMAM-nin kollektivini Misir Mədəniyyət Mərkəzini ziyarət etməyə dəvət edib.




SON XƏBƏRLƏR