Şriftin ölçüsü / 328 dəfə oxunub

Prezident İlham Əliyev Davosa gedir: "Forumda ABŞ, Çin dövlət başçıları iştirak edəcək” – Səfir açıqladı

12 Yanvar 2018 [19:24]
Azərbaycan Prezidenti İlham Əliyev ənənəvi iqtisadi forumda iştirak etmək məqsədilə Davosa səfər edəcək.

Bu barədə virtualaz.org-a İsveçrənin Azərbaycandakı səfiri məlumat verib.

"Xoş ənənəyə uyğun olaraq, Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda iştirak edəcək”, – cümə günü keçirilmiş brifinqdə F.Ştaller bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində İsveçrə və Azərbaycan prezidentlərinin görüşü keçiriləcək: "Həmçinin Forumda ABŞ, Çin və digər ölkələrin dövlət başçıları iştirak edəcək”.

Davos İqtisadi Forumu 23-26 yanvar tarixlərində baş tutacaq.


SON XƏBƏRLƏR