Şriftin ölçüsü / 172 dəfə oxunub

İŞİD-dən xilas edilən Abdulla yaxınlarına təhvil verildi - AÇIQLAMA

13 Oktyabr 2017 [12:13]
Xəbər verdiyimiz kimi, İraqda İŞİD-dən xilas edilən və orada uşaq evində saxlanılan 4 yaşlı Abdulla ötən axşam Azərbaycana gətirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat ‎xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib ki, artıq 4 yaşlı Abdulla yaxınlarına təhfil verilib. O, diqqətə çatdırıb ki, uşağın yaxınları Bakıda yaşayır və onlara verilib.

H.Hacıyev Azərbaycanlı jurnalistlərin 4 yaşlı Abdulla ilə görüşünün mümkünlüyü barədə də danışıb:

"Azyaşlı dünən gətirilib. Onun həm yorğun, həm də azyaşlı olmasını nəzərə alaraq etika xatirinə çəkilişinə şərait yaratmadıq. Amma yaxınlarını istəsəniz özünüz tapıb, onun çəkilişinə icazə ala bilərsiz”.

Qeyd edək ki, H.Hacıyev bir neçə saat əvvəl deyib ki, hazırda uşaq nazirliyin nəzarətindədir və onun qohumlarına təhvil verilməsi üzərində iş aparılır”.



SON XƏBƏRLƏR