Dünyanın həyəcanla izlədiyi referendum başlayıb - Kürdlər səs verir

img

25-09-2017 [10:50]


İraqın Kürdüstan bölgəsində seçicilər ziddiyyətli müstəqillik referendumu üçün səsvermə məntəqələrinə gedir.

İraqın baş naziri xəbərdarlıq edib ki, o, "ölkənin birliyini saxlamaq üçün lazımi tədbirlər" görəcək. 

Qərb ölkələri yeni münaqişənin yaranması və özünü İslam Dövləti (İD) adlandıran qruplaşma ilə mübarizədən yayınmaq ehtimalı ilə referendum barədə narahatlıqlarını ifadə ediblər. Lakin bütün bunlar uzun müddətdir ki, öz dövlətini qurmaq üçün mübarizə aparan kürdləri dayandıra bilməyib. Referendumun "Bəli" ilə nəticələnəyi gözlənilir.

İraq referendumun dayandırılmalı olduğunu qeyd edib. Səsvermədən öncə baş nazir Heydər əl-Əbadi bildirib ki, səsvermə, konstitusiyaya ziddir və sülh prosesini hədələyir: "Biz ölkənin birliyini saxlamaq üçün lazımi tədbirlər görəcəyik". 

Lakin o, hansı tədbirləri həyata keçirmək niyyətində olduğunu açıqlamayıb. Bundan sonra İraq hökuməti Kürdüstan bölgəsindən beynəlxalq sərhəd məntəqələrində nəzarətin verilməsini tələb edib. İraq həmçinin digər ölkələrdən Kürdüstan regionundan neft almamağa və "neft və sərhədlər"ə görə danışıqları yalnız hökumətlə aparmağa çağırış edib.

Neft Kürdüstan regionunun əsas ixrac məhsullarından biridir.

Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək. İsrail müstəqillik referendumunu açıq dəstəkləyən yeganə ölkə olub (BBC).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq