Bakıda 2 ev yandı – 1 qadın öldü

img

23-08-2017 [12:09]


Paytaxtda iki ev yanıb. Bu haqda Mia.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Bakı şəhəri, Nəsimi rayonunda bir-birinə bitişik tikilmiş ümumi sahəsi 90 m² olan 4 otaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 78 m² olan 3 otaqlı evin dam örtüyü 58 m² sahədə yanıb.

Yanğnın kəşfiyyatı zamanı Süleymanova Zərgül Nəriman qızının cəsədi aşkar olunub.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 09:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.



Digər xəbərlər
SON XƏBƏRLƏR