Şriftin ölçüsü / 188 dəfə oxunub

Avropa Liqasında “pley-off” mərhələsinin püşkatma atıldı – TAM SİYAHI

04 Avqust 2017 [19:26]
Futbol üzrə Avropa Liqasında "pley-off" mərhələsinin püşkatma mərasimi keçirilib. 

İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə 44 komanda 2 səbətə bölünüb.

Bunlardan 15-i Çempionlar Liqasının III təsnifat mərhələsində uduzub, 29-u isə Avroliqanın III təsnifat mərhələsindən qalib ayrılıb. Bu kollektivlər reytinqə uyğun olaraq "Səpələnmişlər" və "Səpələnməmişlər" səbətlərində yer alıblar.

Beləliklə, püşklə aşağıdakı komandalar qarşılaşacaq:

"Şkendiya” (Makedoniya) – "Milan" (İtaliya)

"Panatinaikos" (Yunanıstan) – "Atletik" (İspaniya)

"Osiyek” (Xorvatiya) – "Austriya" (Avstriya)

"Srvena Zvezda” (Serbiya) – "Krasnodar” (Rusiya)

"Brügge" (Belçika) – AEK (Afina, Yunanıstan)

"Maritimu” (Portuqaliya) – "Dinamo" (Kiyev, Ukrayna)

"Domjale” (Sloveniya) – "Marsel" (Fransa)

"Partizan" (Serbiya) – "Videoton” (Macarıstan)

"Hafnarfyordur" (İslandiya) – "Braqa" (Portuqaliya)

"Everton” (İngiltərə) – "Hayduk” (Xorvatiya)

"Utrext” (Hollandiya) – "Zenit" (Rusiya)

"Legiya" (Polşa) – "Şerif" (Moldova)

"Vitorul" (Rumıniya) – "Zalsburq" (Avstriya)

"Viktoriya" (Plzen, Çexiya) – AEK (Larnaka, Kipr)

PAOK (Yunanıstan) – "Ostersun” (İsveç)

"Altax” (Avstriya) – "Makkabi” (Təl-Əviv, İsrail)

BATE (Belarus) – "Aleksandriya” (Ukrayna)

"Ayaks" (Hollandiya) – "Rusenborq" (Norveç)

"Vardar" (Makedoniya) – "Fənərbağça” (Türkiyə)

"Ludoqorets" (Bolqarıstan) – "Suduva" (Litva)

"Apollon” (Kipr) – "Midtyulland” (Danimarka)

"Dinamo” (Zaqreb, Xorvatiya) – "Skenderbeu” (Albaniya)

Qeyd edək ki, "pley-off" mərhələsinin ilk oyunları 17 avqustda, cavab matçları isə bir həftə sonra keçiriləcək/Report.


SON XƏBƏRLƏR