Şriftin ölçüsü / 330 dəfə oxunub

Azərbaycanda dinozavr skeleti tapıldı - Foto, Video

18 May 2017 [22:51]
Tovuzun İbrahimhacılı kəndində tapılan heyvan skeleti böyük marağa səbəb olub.

Xəzər TV məlumat verir ki,bir çoxlarının nəsli kəsilmişlərə oxşatdığı bu heyvanın adını bilən yoxdur. Kənd sakinləri bildirir ki, skeleti küçədəki daşların arasından tapıblar.

Heyvanın dişləri, dırnaqları fərqlidir. Kəndin yaşlı insanları da indiyə qədər belə varlığa rast gəlmədiklərini deyirlər.

Skeletin bir neçə gündən sonra araşdırılmaq üçün aidiyyəti üzrə təhvil verilməsi nəzərdə tutulur.



SON XƏBƏRLƏR